“Zaman Əli Kərimli və İsa Qəmbər kimi insanların cəzasını verəcək” RƏY-ÖZƏL

“Zaman Əli Kərimli və İsa Qəmbər kimi insanların cəzasını verəcək” RƏY-ÖZƏL

"Prezident İlham Əliyev Sumqayıtın 70 illiyi ilə bağlı keçirilən tədbirdə AXC-Müsavat hakimiyyəti dövrü və müxalifət haqqında söylədikləri fikir xalq tərindən çox yüksək qiymətləndirildi". Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, çünki məhz həmin illərin ağrı acısını xalq çəkmişdir: "Bu gün də xalq yenidən o dövrün hadisələrini yaşamaq istəmir. O dövrdə hakimiyyətdə olan insanlar sonradan təxminən 50-yə yaxın partiya yaradaraq özlərini lider, guya xalqın mənafeyini qoruyan insanlar kimi təqdim etməyə başladılar. Əvvəla bu insanlar əgər doğrudan da xalqın yolunda mübarizə aparırdılarsa və komanda şəkilində hakimiyyətə gəlmişdilərsə niyə bunların hətta ən aşağı ranqlı məmurları belə partiya və siyasi hərəkat yaradıb özlərini ayrıca lider kimi elan edirdilər. Elə buradan görsənir ki, bu insanlar ancaq şəxsi mənafeyini güdüb və o dövrdə də indiki kimi bir biri ilə hakimiyyət uğrunda mübarizə apararaq xalqı yaddan çıxardıblar. Məhz buna görə də Azərbaycanda xaos və qarşıdurma yaranıb. Ötən illər ərzində də bu insanlar müxalifət olaraq heç bir siyasi yenilik gətirmədən 80-90-cı illərin meydan təfəkküründə qalaraq fəaliyyət göstərməyə davam etmişlər. Xarici qrantlar hesabına öz varlıqlarını qorumağa çalışan bu insanlar çoxdan xalqın gözündən düşmüşlər. Həmçinin bu insanların dəfələrlə xarici anti-Azərbaycan qurumlarından aldığı dəstək sübut olunmuş və bu insanlar ifşa olunmuşdur. Son mühacirət alveri ilə bağlı hadisələr isə bunların kim olduğunu bir daha sübut etmişdir. Lakin çox təəssüf ki, ifşa olunmaqlarına baxmayaraq özlərində həya tapıb siyasi səhnədən getmək istəmirlər. Yenə də qaragüruhluq edir küçələrə çıxır sosial şəbəkələrdə qarayaxır və öz ampulalarına uyğun hərəkətlərinə davam edirlər. Hesab edirəm ki, zaman Əli Kərimli və İsa Qəmbər kimi insanların cəzasını verəcək".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə