"Rusiyadan keçən il 900 mindən çox turist Azərbaycana səfər edib" ÖZƏL-MÜNASİBƏT
“Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri Rusiya-Azərbaycan əlaqələrinin inkişafını yeni mərhələyə çıxaracaq”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Rusiyanın Azərbaycanla əlaqələri strateji xarakter daşıyır: “İki ölkə arasında ticarət dövrüyyəsi son 10 ayda 24% artıb. Rusiya kapitalı 700-dən çox şirkət fəaliyyət göstərir. Rusiya Azərbaycanın iqtisadiyyatına 4,9 milyard, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollar sərmayə yatırıb. Rusiya Azərbaycanın qeyri-neft məhsullarını ixrac edən əsas ölkədir. Rusiyadan keçən il 900 mindən çox turist Azərbaycana səfər edib. Amma iki ölkəarası iqtisadi əməkdaşlıq imkanları daha genişdir. Mehriban xanım Əliyevanın iştirakı ilə bu gün keçiriləcək X Regionlararası Forum yeni iqtisadi potensialından istifadə etmək imkanlarını reallaşdıracaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB