Siyasi düşüncəni boğmaq üçün erməni terror aləti - korrupsiya

Korrupsiya artıq Ermənistanda real bir fenomen deyil, siyasi düşüncəni boğmaq üçün terror üsuludur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verior ki, bu barədə “Vernatun” İctimai-Siyasi Klubunun forumunda Daşnaktsütun Bürosunun nümayəndəsi Qrant Marqaryan bildirib.

Məlumata görə, Marqaryan buldirib ki, bu gün korrupsiya və soyğunçuluq Ermənistanda siyasi düşüncəyə təzyiq etmək üçün terror metoduna çevrilib.

“Danışmağa çalışanlar, çəmu ikicə dəfə televiziyada çıxış edənlər barədə dərhal hər hansı bir maddə, soyğunçuluq və ya korrupsiya ilə cinayət işi açırlar. Korrupsiya və soyğunçuluq çoxdandır ki, artıq cinayət məsuliyyəti tələb olunanlar üçün tətbiq olunmur və həqiqətən də bu cinayətlərdə əli olanlara şamil edilmir, bu indi Ermənistanda sadəcə siyasi düşüncəni boğmaq üçün terror üsuludur", deyə Qrant Marqaryan Ermənistan hakimiyyətini tənqid atəşinə tutub.

O qeyd edib ki, bu gün cəmiyyətdə hər gün artan parçalanmanın şahididir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə