Moskvada erməni idmançı öldürülüb

Moskvada erməni boksu Aşot Bolyan güllələnib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-ləri yayımlayıb.

Rusiya KİV-lərinin verdiyi məlumata görə, 40 yaşlı idmançının qan içində olan cəsədi bir gün əvvəl, Rusiya paytaxtında Naximovski prospektində İnfiniti avtomobilinin yanında tapılıb. Baş verən hadisə və faktla əlaqədar cinayət işi açıldığı qeyd olunur.

Məlumatda qeyd olunur ki, Aşot Bolyan 2004-cü ildə Ermənistandan Rusiyaya köçüb və Ümumdünya Erməni Konqresinin İdman departamentini təsis edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə