Gəlin hər hansı bir zorakılığa görə cəzanı iki, üç dəfə sərtləşdirək, amma belə bir alt məzmunlu sənəd bizim üçün qəbuledilməzdir. SİA Ermənistana məxsus aysor.am saytında yaymlan məlumata istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan deyib.
Məlumatda qeyd olunur ki, “Çiçəklənən Ermənistan” partiyası İstanbul Konvensiyasının ratifikasiyasına qarşı çıxır. Çiçəklənən Ermənistan partiyasının lideri parlamentdəki jurnalistlərə, zəruri hallarda zorakılığa qarşı qanun qəbul etməyi təklif edib.
“Əgər şiddətə qarşı mübarizə etdiyinizi göstərmək istəyirsinizsə, gəlin zorakılığa qarşı qanun qəbul edək. Deyirəm, heç bir problem yoxdur, gəlin qanunumuzu hazırlayaq, hər hansı bir zorakılığa görə ikiqat, üçqat cəza təyin edək. Amma bu cür sənəd, yəni İstanbul Konvensiyası bizim üçün qəbuledilməzdir", deyə Qaqik Sarukyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB