Böyük Britaniyanın 200 nəfərlik hərbi qüvvəsi hazır vəziyyətə gətirilib
Böyük Britaniyanın Müdafiə Nazirliyi 200 əsgərdən ibarət hərbi qüvvənin Liviyadakı humanitar əməliyyatlar üçün hazır vəziyyətə gətirildiyini bildirir. SİA-nın məlumatına görə, nazirliyin xəbərində bildirilir ki, Şotlandiyanın kral polkunun üçüncü batalyonu 24 saat ərzində Liviyada ola bilər. Batalyonun hərbi əməliyyatlar üçün deyil, ağırlaşmaqda olan humanitar vəziyyətə yardım üçün nəzərdə tutulduğu deyilir. Black Watch kimi tanınan bu batalyon 1725-ci ildə təsis edilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB