23 dekabr 2019-cu ildə ölkəmizdə keçiriləcək növbəti Bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsi işlərini uğurla davam etdirir. SİA xəbər verir ki, seçki prosesinin yüksək səviyyədə və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə YAP Masallı rayon təşkilatında 19 nəfərdən ibarət seçki qərargahı yaradılıb.
Bələdiyyə seçkilərində namizədlikləri YAP tərəfindən irəli sürülən namizədlərin müdafiəsi üçün Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsi imzatoplama kampaniyasına start verib.
Masallı rayonunu əhatə edən 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 75 saylı Lənkəran-Masallı Seçki Dairələri üzrə 368 nəfərin namizədliyi irəli sürülmüşdür.
Rəfiqə KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB