İraqın paytaxtı Bağdadda keçirilən etiraz aksiyalarında 150 nəfər zərər çəkib, 3 nəfər isə ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İnsan Hüquqları üzrə Ali Komissiyanın üzvü Əli əl-Bayati bildirib.
Məlumata görə, əsasən şiə əhalisi olan İraq şəhərlərinin əksəriyyətində bazar ertəsi ümumi tətil elan edilib və əsas marşrutlar bağlanıb.
Qeyd edək ki, oktyabr ayının əvvəlindən bəri davam edən etirazlar zamanı aksiya iştirakçıları korrupsiya, işsizliyə qarşı mübarizənin aparılmasını, daha yaxşı yaşayış şəraitinin qurulmasını tələb edərək, hökumətin istefaya getməsini istəyirlər.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB