İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun Dohada keçirilən nazirlər iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdulrahman Al-Tani ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüş zamanı iki ölkə əməkdaşlıq gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən ticarət və sərmayə sahəsində birgə səylərin artırılması yolları üzrə müzakirələr aparılıb.
Nazir Elmar Məmmədyarov həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri barədə məlumat verib və Qətər Dövlətinin bu imkanlardan faydalanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Şeyx Məhəmməd bin Abdulrahman Al-Tani ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB