"Hər 10 ildən bir dünyamızın özünün çağırışları dəyişir" ÖZƏL-MÜNASİBƏT

"Hər 10 ildən bir dünyamızın özünün çağırışları dəyişir" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə Azərbaycan Prezidenti cənab İlham Əliyev 2018-ci ildə prezident seçkilərkən verdiyi bir neçə anonslar var idi. Ölkə başçısı Prezident seçildikdən sonra atdığı hökumətin formalaşmasında ilk addımlar içərisində kadr siyasəti də var idi". Bunu SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, Prezident gənc, təcrübəli, bilikli, müasir trendlərə, çağırışlara daha adekvat cavab verə biləcək gəncləri nazir və yaxud da komitə sədri təyin etdi: "Təbii ki, bununla yanaşı olaraq iqtisadi, sosial sahədə gedən islahatlar son günlər bir daha özünü islahatlar paketinin tərkib hissəsi gənc kadrların irəli çəkilməsində də özünü göstərdi. Dövlət başçısı özü gənclərin dinamizmi ilə təcrübənin vəhdətini çox düzgün xarakterizə etdi. Bu doğurdan da müasir çağırışlara cavab verə biləcək bir vəziyyətdir. Belə hesab edirəm ki, hər 10 ildən bir ümumiyyətlə dünyamızın özünün çağırışları dəyişir. Təbii ki, bunlara adekvat cavab verə bilərək, müasir yanaşaraq o insanların sosial, məişət problemlərinin həllinin istiqamətlərini tapa bilməyin özü bu gün doğurdan da başqa bir xüsusiyyətlərdir. Biz bunu alqışlayırıq. Bu gənc kadrlar da Azərbaycanın gəncləridir. Hələ Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən ilk görüşdüyü tədbirlərdən biri Azərbaycan gəncləri ilə oldu. O gənclər artıq bu gün orta nəsil sayılır və cənab Prezident onları irəli çəkdi. Bir qrup gənclərimiz xaricdə təhsil proqramı çərçivəsində xaricə göndərildi. Ümumilikdə kompleks yanaşmada bu ümumi inkişafımıza töhfə verə biləcək hallardır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə