Ermənistanı Rusiya ilə birləşdirən yol qar yağması ilə əlaqədar bağlanıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətin məlumatına görə, qar yağması ilə əlaqədar cümə günü səhər 09: 00-dan etibarən Stepansminda-Lars magistral yolu yalnız minik avtomobilləri üçün açılıb. Mətbuat xidmətinin məlumatında deyilir ki, ağır nəqliyyat üçün yol hələ də bağlıdır.
Yuxarı Lars keçid məntəqəsinin yerləşdiyi Stepantsminda-Lars magistral yolu Ermənistanla Rusiya arasında yeganə yoldur.
Meteoroloqların proqnoza görə, daha iki gün ərzində qar yağacağı gözlənilir və bu da təsdiq edir ki, yolun açılması məsələsi hələ çox ləngiyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB