Milli Qəhrəman Elşad Əhədovun doğum günüdür

Milli Qəhrəman Elşad Əhədovun doğum günüdür

4 mart Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən məlumata görə, Elşad Saday oğlu Əhədov 1968-ci il martın 4-də Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub.

Həyatını Azərbaycan xalqının erməni təcavüzündən qorunmasına sərf edən gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayıb və sonra Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayadan keçib və Beyləqanın müdafiəsində böyük rol oynayıb.

Elşad Əhədovun son döyüşü 1993-cü il dekabrın 11-də Ağdaş yüksəkliyində olub. O, bu döyüşdə ağır yaralanır və həkimlərin səyinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmur, gözlərini əbədi yumur və şəhidlik zirvəsinə ucalır.

Elşad Əhədov Təzə Alvadı kəndində dəfn olunub. Təzə Alvadı kənd orta məktəbi və parkı Qəhrəmanın adını daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə