Ədliyyə nazirinin müavini: “Yerli qurumlarda süründürməçilik tamamilə aradan qaldırılmalıdır”

Ədliyyə nazirinin müavini: “Yerli qurumlarda süründürməçilik tamamilə aradan qaldırılmalıdır”

Yerli qurumlarda süründürməçiliyin və digər xoşagəlməz halların tamamilə aradan qaldırılması, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin yaradılması labüddür. SİA-nın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib. Onun sözlərinə görə, regionların hərtərəfli inkişafını əngəlləyən korrupsiyanın qarşısının alınması, yerlərdə hüquq təsisatlarının inkişafı və əhalinin ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, fəaliyyətdə şəffaflığın artırılması üzrə tədbirlərin vacibliyini vurğulayıb: "Xüsusi yaradılan monitorinq qrupları tərəfindən tabe qurumlarda yoxlamalar aparılıb, aşkar olunan problemlər yerində həll edilib. Nazirliyin "qaynar xətt"lərinə daxil olan şikayətlər dərhal araşdırılıb və təxirəsalınmaz işlər görülüb".

 

O, eyni zamanda əhalinin birbaşa təmasda olduğu məhkəmə qərarlarının icrası, qeydiyyat və notariat sahəsində işin düzgün təşkili və nizam-intizamın möhkəmləndirilməsi, korrupsiya və digər neqativ hallara şərait yaradan amillərin qarşısının qətiyyətlə alınması və qabaqlayıcı tədbirlərin görülməsi, mövcud nöqsanların aradan qaldırılması üzrə ciddi işlərin görüldüyünü vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə