Ermənistan paytaxtında polislə nümayişçilər arasında toqquşma olub, 3 millət vəkili ağır yaralanıb

Ermənistan paytaxtında polislə nümayişçilər arasında toqquşma olub, 3 millət vəkili ağır yaralanıb

Ermənistan paytaxtında Nazirlər Kabinetinin binası önünə toplaşaraq küçə ticarətinin yığışdırılmasına etiraz edən ermənilər polisin hücumuna məruz qalıb. SİA-nın "tert.am" saytına istinadən verdiyi xəbərə görə, müxalifətçi "İrs" partiyasından olan deputatlar Armen Martirosyan, Zarui Postancyan və Aniat Baxşyan da aksiyada iştirak ediblər. Şəhər polis rəisinin müavini Robert Melkonyanın əmri ilə əraziyə gələn 30-40 nəfərlik polis qrupu qadın deputatlara da zor tətbiq edib və təhqir edib.

 

Eyni zamanda müxalifətçi "İrs" partiyasından olan millət vəkili Aniat Baxşyan polis tərəfindən döyülüb: "Qarışıqlığı polis yaradıb. Polis rəisinin müavini Robert Melkonyanın başçılıq etdiyi 40-dək polis bizi qovmağa, sıxışdırmağa başladı",- deyə deputat Baxşyan bildirib.

 

Həmçinin "İrs" partiyasından olan millət vəkilləri Armen Martirosyan və Zarui Postancyana polis tərəfindən ağır zərbələr endirilib. Xəsarət almış deputatlara və digər nümayişçilərə ilkin tibbi yardım göstərilib. Lakin millət vəkilləri Armen Martirosyan və Zarui Postancyanını vəziyəti ağır olduğundan onlar dərhal xəstəxanaya aparılıb. Aktivist Vardqesa Qasparyan isə yaxınlıqda yerləşən polis idarəsinə aparılıb.

 

Son verilən xəbərə görə, nümayiş baş verən əraziyə hazırda yeni seçilən Ombudsman Karen Andreasyan da gəlib. O, hadisənin baş vermə səbəblərini ictimaiyyətə açıqlanacağına söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə