"Azərbaycanda islahatlar zərurət olacağı təqdirdə bundan sonra da davam etdiriləcək” MÖVQE-ÖZƏL
"Son günlər həyata keçirilən kadr və struktur islahatları 2018-ci ildə prezident seçkilərindən sonra dövlət başçısı tərəfindən verilən anonsun əməli reallaşmasıdır. Bu addımları başqa səmtlərə yozub, görülən işlərin üstünə kölgə salmaq düzgün deyil". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
O bildirib ki, atılan addımlar Azərbaycan dövlətinin, onun uzaqgörən və müdrik lideri-ölkə Prezidenti cənab İlham Əliyevin iradəsi əsasında baş verir.
E. Səlimov qeyd edib ki, son günlər istefa verən və dölət başçısının sərəncamları işlərindən azad edən şəxslər də hər biri tanınmış insanlar, Azərbaycan dövləti və cəmiyyətinin həyatında, inkişafında, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində xidmətləri, əməkləri olmuş kadrlardır: "Onların hər biri ötən müddət ərzində üzərlərinə düşən missiyaları tam yerinə yetiriblər və özləri artıq könüllü şəkildə vəzifələrindən getmək, yerlərini, estafeti cavanlara, gənclərə ötürmək qərarını veriblər. Onların da bu addımları təqdirlə, minnətdarlıqla, ehtiramla qarşılanıb. Dövlət başçısı tərəfindən də onların fəaliyyəti, xidmətləri müsbət dəyərləndirilib, minnətdarlıq ifadə olunub, uğurlar arzulanıb. Bunun özü Azərbaycan reallığının, Azərbaycan siyasi mədəniyyətinin yeni bir təzahürü, yeni bir nümunəsidir. Azərbaycan, dövlət başçısı bu məsələdə də bir çoxlarına nümunə, örnək ola bilər".
Vəzifəsi dəyişdirilən və ya yeni təyanat alan şəxslərə gəlincə, deputat söyləyib ki, onlar da hər biri işinin peşəkarı, Azərbaycan dövlətinə və dövlət başçısına sədaqəti olan layiqli insanlar, layiqli mütəxəssislərdir: "İnanıram və qəti şəkildə əminəm ki, onlar bundan sonra da üzərlərinə düşən işlərin öhdəsindən uğurla gələ biləcək, onlara göstərilən etimadı tam doğruldacaqlar. Ümumiyyətlə, Azərbaycanda bütün sahələrdə islahatlar, o cümlədən də kadr və struktur islahatları ehtiyac, zərurət olacağı təqdirdə bundan sonra da davam etdiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB