BMT Baş Assambleyası Liviyanın İnsan Haqları Şurasındakı üzvlüyünü dayandırıb. Bu barədə qərar Qəddafi rəhbərliyinin ölkədəki aksiyaçılara qarşı tətbiq etdiyi zorakılıqlara görə qəbul edilib.
SİA-nın xəbərinə görə, 47 ölkənin üzv olduğu BMT İnsan Haqları Şurası keçən həftə Liviyanın üzvlüyünün dayandırılması ilə bağlı tələbini səsverməyə çıxararaq qəbul etmiş və bu tələbi BMT sessiyasına göndərmişdi.
BMT üzvü olan 192 ölkənin təmsil olunduğu iclasda keçirilən səsvermədə heç bir ölkənin qərarın əleyhinə səs verməməsi diqqət çəkib. Həmin qərarla BMT tarixində ilk dəfə bir ölkənin İnsan Hüquqları Şurasındakı üzvlüyü müvvəqəti olaraq ləğv edilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB