Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.
SİA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Kuba Prezidenti Migel Diaz-Kaneli hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB