Əli Həsənov: "Dağlıq Qarabağ probleminin həll olunması üçün cəmiyyətin bütün təbəqəsi bunu ümummilli problem olaraq dərk etməlidir"
Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) rəhbərliyi və üzv təşkilatları Azərbaycan Respublikası baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. SİA-nın məlumatına görə, görüşdə Əli Həsənovla yanaşı, ARGTMŞ-nin sədri, millət vəkili Fuad Muradov və bir sıra təşkilat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan Əli Həsənov bildirib ki, bu cür görüşlərin keçirilməsində böyük fayda var, çünki bütün işlərin başında əsas gənclər durur. Bu gün Azərbaycan gənclərinin qarşısında duran əsas məsələnin Dağlıq Qarabağ problemi olduğunu diqqətə çatdıran nazir müavininin sözlərinə görə, bu istiqamətdə görülən işlərlə kifayətlənmək deyil, durmadan yeni yollar tapılmalı və məkrli erməni siyasətinə qarşı görülən tədbirlər artırılmalıdır: "Bu göz qabağındadır ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində güclü işlər aparılır. Bu günə qədər sözügedən istiqamətlə əlaqədar 67 qəsəbə salınaraq burada məcburi köçkünlər yerləşdirilib. Təbii ki, bütün bunlar müvəqqəti yaşayış üçündür. Dövlətimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bütün səylərini ortaya qoyub. Yəqin ki, bu tezliklə həll olunacaq".
Dağlıq Qarabağ probleminin ürəklərdə yara olduğunu deyən Əli Həsənov onu da qeyd edib ki, bu problemin aradan qaldırılması üçün hər şeydən çox ümummillilik olmalıdır: "Nə vaxt ki, Dağlıq Qrabağ problemi cəmiyyətin bütün təbəqələri tərəfindən ümummilli problem olaraq dərk ediləcək və qəbul olunacaq, onda biz bu problemin köklü surətdə həllindən danışa bilərik".
Daha sonra çıxış edən millət vəkili Fuad Muradov gənclərlə keçirilən bu cür görüşlərin və fikir mübadilələrinin vacib amil olduğunu diqqətə çatdıraraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması çox dərin olmaqla yanaşı, ən vacib məsələdir: "Gənclər bu istiqamətdə son dərəcə aktivlik nümayiş etdirirlər. Ümumiyyətlə, Azərbaycan gəncləri daim yeniliyə can atır və dövlətimiz də buna hər cür şərait yaradır. Bizim bu gün bir problemimiz var ki, o da ərazi bütövlüyünün pozulmasıdır. Bu məsələdə biz bütün səylərimizi ortaya qoymalı, əlimizdən gələni etməliyik. Artıq Dağlıq Qarabağ məsələsinə beynəlxalq səviyyədə münasibət müsbət istiqamətdə dəyişib. Təsadüfi deyil ki, bir neçə gün öncə Strasburqun mərkəzi meydanında Xocalıya ədalət tələbini irəli sürərək mitinq keçirdik. Artıq avropalılar bu faciəni ermənilərdən deyil bizdən eşidir".
Tədbir gənclərlə dövlət məmuru arasında fikir mübadilələri əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB