“Yalanın ömrü artıq qırx saniyədir” OKTAY HACIMUSALI

“Xalqda dövlətə qarşı nifrət oyatmaq məqsədi ilə yalan maşınları yenə meydandadılar. Əllərindən hər nə gəlirsə hamısını edirlər ki, bu ölkənin vətəndaşlarından hikkə və qəzəblə dolu zombilər formalaşsın”. SİA xəbər verir ki, sözügedən fikirləri Türkiyədə yaşayan azərbaycanlı politoloq və jurnalist Oktay Hacımusalı sosial şəbəkədə yazıv. Onun qeyd etdiyinə görə, yenidən doğuluşlar, dünyada gedən ictimai siyasi proseslər görünür ölkədə bulunan radikalların dəstək aldıqları xaricdəki antimilli dairələri narahat edir ki, Azərbaycanı bu proseslərdən uzaqda saxlamaq üçün ölkənin başının özünə qarışmasını və dolayısı ilə gedən proseslərdən kənarda qalmasını istəyirlər. “Əslində onlar çox gözəl bilirlər ki, dünyada yeni dəyərlərin formalaşmasında Azərbaycanın müstəsna rolu olacaq. Türk dünyasının beyin mərkəzi olan Azərbaycan müstəsna rollarla səhnəyə çıxarsa bu zatən regionda aktiv aktorlardan biri olan ölkəmizi çox fərqli bir müstəviyə daşıyacaq. "Türk birliyi" məhfumunun son dönəmlərdə yenidən gündəmə gəlməsi Azərbaycanın qarşısında yeni üfüqlər açır”.

“Dünyada bəzi ölkəmizin böyüməsini, güclənməsini istəməyən qüvvələr isə nə yolla olursa olsun bunun qarşısını almağa çalışırlar”, yazan Hacımusalı həmçinin qeyd edib ki, güclənən Azərbaycan regionda və ümumilikdə dünyada yeni dinamikaların formalaşmasına səbəb olacaq: “Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin istər “Valday” Diskussiya Klubunda, istərsə də Aşqabadda keçirilən tədbirdə etdiyi çıxışları, eyni zamanda ölkədə 2019 - cu ilin əvvəllərindən etibarən ciddi islahatlara start verməsi dünyada çox ciddi rezonans yaratdı. Artıq Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu, özü üçün nəhai hədəflər formalaşdırmasını görən qüvvələr bütün güclərini hazırda ancaq bir istiqamətə yönəldiblər. O da Azərbaycanı nəyin bahasına olursa olsun öz qətiyyətli hədəflərindən uzaqlaşdırmaq!”

O, həmçinin qeyd edib ki, 19 oktyabrda keçirilən icazəsiz aksiya, ardından bir gün sonra “qadın hüquq müdafiəçilərinin” təşkil etdiyi aksiya bunun tərkib hissəsidir: “Artıq bu kimi aksiyalara hələ ki, qısa müddət ara vermək üçün ölkədəki nökərlərinə əmr buyuran xaricdəki antimilli qüvvələr indi sosial şəbəkələr üzərindən yalan maşınlarını işə salıblar. Saxta şəkillər, kollajlar vasitəsi ilə ortalığı qarışdırmağa çalışan bu qüvvələr fərqindədirlər ki, artıq sosial şəbəkələr konkret olaraq ocaqdır və bu ocaqda uzun müddət tirajlanan fikirlər istər-istəməz təhtəlşüura işləyir. Bəzən sıravi vətəndaşlar belə, fərqində olmadan bu yalan maşınlarının tələsinə düşür və onların oyuncağına çevrilirlər. Azərbaycanı irəlilədiyi yoldan ayırmaq üçün hər cür vasitədən istifadə edən bu qüvvələr bir şeyin fərqində deyillər ki, artıq yalanın ömrü cəmi qırx saniyədir. Qəzet və ya radio dövrü deyil ki, sən Brüsseldə çəkilən şəkli tirajlayasan, biz də sənə inanaq! Yalan maşınları bu gün də öz yalançı şəkilləri ilə bir daha fiaskoya uğradılar. Ümid edirəm gələn dəfə daha inandırıcı yalanlara çıxarlar qarşımıza”.

Rövşən NURƏDDİNOĞLU

P.S. Dəyərli SİA oxucuları, dağıdıcı müxalifətin ifşasının sübutuna aşağıdakı linkdən baxa bilərsiniz:

https://thepublicsradio.org/article/yellow-vest-protest-in-brussels-turns-violent-350-detained?fbclid=IwAR2Nzs5KRF9sWAiDaK5h6L9MgM74IXQ0GhARqcd6lO_kVCQdsmnbsviOGvg

Bütün xəbərlər Facebook səhifəmizdə