Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 1-də saat 18.30-dan 18.45-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 2-də saat 00.10-dan 00.15-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.25-dən 01.35-dək və 05.50-dən 06.35-dək isə Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB