Dünyada osetrinin qara kürüsünün ixracı dayandırılıb

Dünyada osetrinin qara kürüsünün ixracı dayandırılıb
2011-ci il martın 1-dən etibarən dünyada osetrinin qara kürüsünün ixracı dayandırılıb. SİA xəbər verir ki, CITES-in(Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora) yaydığı rəsmi məlumata görə, əvvəlki icazənin vaxtı bu ilin 28 fevralında bitib və ostetrin ixrac edən olkələrə (Rusiya, İran, Qazaxıstan, Azərbaycan, Türkmənistan) yeni çağırış göndərilməyib.
Qeyd edək ki, hələ ötən il Xəzərsahili ölkələr balıqların artımını bərpa etmək məqsədi ilə osetrinlərin tutulması ilə bağlı texniki moratorium keçiriblər. Ötən ilin sonunda Qazaxıstanın prezidenti Nursultan Nazarbayev morotoriumun 5 il müddətinə uzadılmasını təklif edib. Azərbaycan və Rusiya bu təklifi dəstəkləyib, Türkmənistan və İran isə təklifi hələ ki, nəzərdən keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə