Ermənistana xaricdən olan yardımlar tükənmək üzrədir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.
Qəzet yazır ki, rəsmi statistikaya görə, xarici ölkələrdən gələn humanitar yardımlar yanvar-avqust aylarında davamlı olaraq azalmaqdadır və ötən ilin eyni dövrü üçün 54.180.800 ABŞ dolları təşkil edən yardımlar hazırda 34.26 milyon ABŞ dolları həddinə enib ki, bu da kəskin azalmadan xəbər verir.
Statistik məlumatlar təsdiq edir ki, Rusiya 2018-ci ilin ilk səkkiz ayında bildirilən 11.130.000 dollar əvəzinə cəmisi 64.900 dollar yardım edib və bu göstəriçilər arasındakı fərq həddindən artıq böyük rəqəmdir. Ermənistanın Fransadan, İsveçrədən, MDB ölkələrindən aldığı yardımların da kəskin şəkildə azalması müşahidə edilib. Statistik göstəricilər təsdiq edir ki, yalnız Hindistan nəzərə alınmasa yardımların alınmasında müsbət dinamika olmayıb, kəskin azalmalar göz qabağındadır və bütün bunlar təsdiq edir ki, Ermənistana yardımlar tükənməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB