“Canlı efirdə sizin rəhbərliyinizin ən əsas adamına həmin təhqirləri işlədəcəm”

Yerevan məhkəməsində ölkənin ikinci prezidenti Robert Koçaryanın əleyhdarları onun vəkili Hayk Alumyanın ünvanına təhqirlər yağdırıblar. Lakin buna baxmayaraq, məhkəmə icraçıları baş verənləri sadəcə müşahidə edərək, heç bir tədbir görməyiblər. SİA xəbər verir ki, bu barədə aysor.am yazır.

Koçaryanın vəkili isə jurnalistlərlə söhbətində hiddətini gizlədə bilməyib və məhkəmə icraçılarına xitabən deyib: "Siz nəyə görə buraya yığışmısınız? Ağıllara gələn söyüşləri eşitmək üçün? Ya ölçülər götürməlisiniz ki, burada bənzər hallar yaşanmasın, ya da burada dayanaraq bütün bunları eşidəcəksinizsə, canlı efirdə sizin rəhbərliyinizin ən əsas adamına həmin təhqirləri işlədəcəm".

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə