Lənkəranda gənc qızların əl işlərindən ibarət sərgi düzənlənib

Lənkəranda gənc qızların əl işlərindən ibarət sərgi düzənlənib

Lənkəran İcma məlumat mərkəzində gənc və istedadlı qızların əl işlərindən ibarət sərgi təşkil olunub. SİA-nın cənub bürosunun məlumatına görə, öncə xanımlar bacarıqlarını nümayiş etdiriblər. Onlar müxtəlif bəzək əşyalarından, rəngli toxuma saplardan əlcək, papaq, şərf və bu kimi bir sıra özünəməxsus qış aksesuarı toxuyublar.

Daha sonra Mərkəzdə qızların əl işlərindən ibarət sərgi keçirilib.

Sonda gənc xanımların əl işlərinin satışı təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə