"MDB ölkələri ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan-Türkmənistan arasındakı münasibətlər öz inkişaf dövrünü yaşayır". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, ötən il Azərbaycanla Türkmənistan arasında əməkdaşlığa dair 20-dən çox sənəd imzalanıb: "Prezident İlham Əliyev hal-hazırda Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir. Prezident Aşqabada səfəri çərçivəsində ölkənin aparıcı dövlət rəhbəri ilə, eyni zamanda digər dövlət başçıları ilə ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə ölkələrarası münasibətlərin gələcək inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Bununla belə Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında geniş çıxış edib. Ölkə başçısı burada Ermənistanın faşizm siyasətinin iç üzünü açıb göstərdi. Azərbaycan lideri Ermənistanın yeni hakimiyyətini əvvəlki hakimiyyətin faşist Qaregin Njdeyə qoyduğu abidəni hələ də sökməməkdə ittiham edib. Bu da onu göstərir ki, indiki Ermənistan dövlət başçısının siyasəti faşizm üzərində qurulub. Türkmənistanda baş tutmuş MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası həm də Azərbaycan üçün bir platforma oldu. Ümumiyyətlə götürdükdə MDB ölkələri ilə Azərbaycan arasında ikitərəfli yüksək əlaqələr vardır. Belə görüşləri həm də ölkələrarası gələcək əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli hesab edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB