“Şərq tərəfdaşlığının gələcəyi” TƏDBİR

“Şərq tərəfdaşlığının gələcəyi” TƏDBİR

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda strukturlu məsləhətləşmələr keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə BMTM-in sədri Fərid Şəfiyev, Aİ-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bölmə Rəhbəri Vasilis Maraqos və digərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Aİ-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Azərbaycan tərəfdaş kimi özünü doğruldub.

Son illərdə Avropa İttifaqı Azərbaycan arasında əməkdaşlıq bütün sahələri əhatə etdiyini deyən Aİ rəsmisi söyləyib ki, Azərbaycanla təhsil, səhiyyə, regionların inkişafı, gender bərabərliyi məsələləri üzrə əməkdaşlıq edilir.

Onun sözlərinə görə, bütün işlər xalqlar naminə görülür: "Son iki ildə böyük təşəbbüslər var. Azərbaycan tvininq təşəbbüslərinə görə öndə gedir. Qarşıya qoyulan məqsəd Avropa Komissiyasının tərkibi formalaşdırılmasıdır. Azərbaycanla gələcək əməkdaşlığımız haqqında danışmağın vaxtıdır. Azərbaycan bu prosesə hansı töhfəsi verməyə hazırdır? Bu haqda müzakirələr aparılacaq. Çəkinmədən düşündüklərinizi, ağlınızda olan fikirləriniz varsa bizə dəyərsiz. Gələcəklə bağlı üfuqləri dəyərləndirməliyik".

Daha sonra çıxış edən BMTM-in sədri Fərid Şəfiyev bildirib ki, tədbirin məqsədi “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində aparılan əməkdaşlıq, tərəfdaşlıq perspektivləri yaranmış problemlər, layihələr və onların Azərbaycanla həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etməkdir.

Onun sözlərinə görə, çox güman ki ümumən Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli əlaqələrin inkişafını müzakirə etməkdir: “Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı yeni saziş üzərində işlənir. Bu gün biz yeni imkanlara nəzərə salacaq, ortaq tapşırıqlar həyata keçirəcəyik”.

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bölmə Rəhbəri Vasilis Maraqos isə çıxışında söyləyib ki, Avropa İttifaqı üçün əsas məqsəd insanların həyatına təsir etməkdir: “Biz görülən işlərdə buna nail olmuşuq. Azərbaycanla ikitərəfli əməkdaşlıq sayəsində həyata keçirilən layihələrə qoyulan maliyyə Avropa insanlarının həmrəyliyinin rəmzidir. Layihələrə qoyulan vəsait insanların gələcəyi naminə xərclənir"

Onun sözlərinə görə, Avropa İttifaqının fəlsəfəsi Avropada rifah sabitlik yaratmaqdır: "2004-2005-ci illərdə anladıq ki, Şərq qonşularımızın inkişafı və təhlükəsizliyin kifayət qədər maliyyə ayrılmalıyıq. Məhz ona görə də biz tərəfdaşlıq edirik. Tərəfdaşlarımız arasında Azərbaycan da var. İkitərəfli müstəvidə bir sıra nailiyyətlərə imza atmışıq. 3 ölkə ilə viza ilə bağlı saziş imzalamışıq. Belarusla bağlı bu səpkidə müvafiq razılaşmanın müddəlarını razılaşdırmışıq. Əsas məqsəd insanların hərəkətini asanlaşdırmaqdır".

Vasilis Maraqosun fikrincə, insanların bir-birilə əlaqə saxlaması və anlaya bilməsi üçün viza rejiminin ləğv edilməsi önəmlidir: " Bu bizim üçün Avropa İttifaqının dəstəyi ilə qarşıya qoyulan hədəflərə nail olmaq üçün əsasdır. Azərbaycanla yeni saziş üzərində çalışırıq. Bu bizim tərəfdaşlığımızı, eləcə də əməkdaşlığımızı daha da gücləndirəcək. Bununla baş verən islahatlar müstəvisində müvafiq təmas yaranacaq. Həm işgüzar, həm də elmi dairələri bütün problemləri həll etmək üçün fikir mübadiləsi aparmaq şəraiti yaradacaq. Biz minlərlə iş yeri yaratmışıq. Azərbaycana gəldikdə biz əsasən özəl sektora üstünlük verməklə 3000 iş yeri açılmasına nail olmuşuq".

Avropa İttifaqı Azərbaycanın ticarət investisiya baxımından əsas partnyoru olduğunu deyən Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bölmə Rəhbəri ortaq iqtisadi maraq hər tərəf üçün konkret rifah əmin-amanlıq yaratmaq naminə həyata keçirilir: "Azərbaycan diqqəti bir sıra təşəbbbüslərə yönəldir. Azərbaycanda böyük investisiya planı həyata keçirir. Trans Avropa Nəqliyyat şəbəkəsində Azərbaycan böyük rola malikdir. Son illər ərzində minlərlə tələbə, 300-dən çox alimlər "Şərq Tərəfdaşlığı" proqramına qoşulub. Gənclər və insan kapitalı görülən hər iş əsas dirəklərimizdən biridir. Trans Avropa Şəbəkəsi ilə bağlı Azərbaycan tərəfindən 2 milyard dollar investisiya qoyulmalıdır. Bu beynəlxalq maliyyə təsisatların iştirakı ilə həyata keçiriləcək təşəbbüsdür. Qanunun aliliyi böyük zərurət kəsb edir. Dəyərlərimizi unutmamalıyıq. Biz bu dəyərləri Azərbaycanla bölüşdürürük. İnanırıq ki, bu baxımdan böyük nailiyyətlərə imza ata biləcəyik".

Daha sonra tədbir qapalı şəkildə davam etdirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə