“Səudiyyə, Misir, BƏƏ, Küveyt, İraq, Fələstin və digər ərəb dövlətləri Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatlarına qarşı çıxdı”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, Fələstinin həmin siyahıda yer alması Ərdoğana ciddi zərbədir: “Vaxti ilə onun müsəlman dünyasının liderliyi uğrunda antiİsrail bəyanatlarına baxmayaraq ərəblər bir daha sübut etdilər ki, onlar Türkiyənin müsəlman dünyasının başında yer almasına heç vaxt razı olmayacaqlar: “Beləliklə, bütün bunlar onu göstərir ki, vaxti ilə Atatürk çox düzgün şəkildə Avropalaşma yolunu seçmişdi.
O ki qaldı, Suriyanın şimalındakı əməliyyatlara, bu, Ərdoğanın haqqıdır. O, dəfələrlə NATO üzvlərindən, eyni zamanda regional oyunçulardan PYD -YPG ilə bağlı tədbirlər görməyi tələb etmişdi. Fakt ondan ibarətdir ki, bugün Türkiyə keçmişdən dərs çıxararaq təhlükəsizlik orqanlarından tutmuş silahlı qüvvələrinə kimi - yeni sistem qurmağı bacarıb. Bu Türkiyə daha müstəqil, daha sərbəst Türkiyədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB