“Piketdə məqsəd polisi qarşıdurmaya təhrik etmək idi” RƏY-ÖZƏL

““Milli Şura” adlanan qurumun 8 oktyabr tarixli piketi və piketə aidiyyəti olmayan müxtəlif pozuculuq fəaliyyəti ziddiyyətli məqamları ilə diqqəti çəkir”. Bunu SİA-ya açıqlamasında QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, dövlət tərəfindən onlara yaradılmış imkandan qəti sürətdə istifadə etmək əvəzinə pozuculuq hərəkətlərinə başladılar: “Niyə “Milli Şura”nın rəhbərləri o piketdə deyildi. İkinci tərəfdən heç bir siyasi təcrübəsi olmayan şəxs də çox aydın analiz edə bilər ki, müxalifət piketə deyil, təxribat xarakterli planları yerinə yetirməyə hazırlaşmışdı. Bundan başqa, piketdə xüsusi öyrədilmiş adamlar küçələrdə söyüş ritorikası ilə təbliğat aparırdılar. Çox aydın şəkildə ictimaiyyətə hörmətsizlik nümayiş etdirməklə söyüşlər söyür və toplumu təhqir edirdilər. Məqsəd isə polisi və adi vətəndaşları qarşıdurmaya təhrik etməkdən ibarət idi. Sual olunur bəs niyə müxalifət piket deyil, bu pozuculuq hərəkətinə üstünlük verir? Müxalifət sakitcə piket keçirilən yerdə öz tələblərini səsləndirsə, xaricə müraciət üçün əsas qalmayacaq. Belə olan halda müxalifət üçün süni ajiotaj yaratmaq daha cəlbedicidir. Həm mühacir alveri, həm də guya siyasi partiyaların sıxışdırılması adı alında əlavə dəstək almaq imkanları yaranır. Başqa bir məqam isə ondan ibarədir ki, bəzi xarici qüvvələr konkret olaraq, dinc aksiya deyil, qarşıdurma və kütləvi itaətsizliyi təşviq edən müxalifət arzulayalar və yaxud müxalifətdən bunu tələb edirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə