Erməni mediasının “Valday” təlaşı Analitik

Erməni mediasının “Valday” təlaşı Analitik

Artur Kazaryan: “Müharibə hər gün qapımıza tərəf yaxınlaşır”

“Tək Ermənistan” partiyasının təsisçisi Artur Kazaryan özünün “Facebook” səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” klubundakı çıxışına toxunub. O, öz qeydndə bildirib: “Əliyevin Valday klubundakı çıxışı və oradakı ritorikası, Ermənistan hakimiyyətinin Artsax məsələsinin həllindəki mövqeyini, daha doğrusu, belə bir mövqenin olmamasını əks etdirir”.

Kazaryan Azərbaycan Prezidentinin məhz Rusiyada, eləcə də KTMT üzvü olan ölkə başçılarının iştirakı zamanı etdiyi çıxışından narahat olduğunu bildirib. “Xüsusi narahatlıq doğuran məqam isə, Rusiyada KTMT üzv ölkələrinin liderlərinin iştirakı ilə bu ritorikadan istifadə edilməsidir”, deyən siyasi partiya təsisçisi Paşinyanı belə hallarla qarşı-qarşıya qalacağı məsələsində dəfələrlə və publik şəkildə xəbətdarlıq etdiyini də qeyd edib. “Mən dəfələrlə Paşinyana “Artsax” (dırnaqlar bizimdir-red.) məsələsində xüsusilə diqqətli və ehtiyatlı olmağı xəbərdar etmişəm”, Artur Kazaryan bildirib və onu da qeyd edib ki, baş nazir Paşinyan bu vəzifəyə seçilməsinin ilk günündən ciddi səhvlərə yol verir: “Baş nazir təyin edildiyi ilk gündən Paşinyan bağışlanmaz səhvlərə yol verdi və "inqilab" ilə heç bir əlaqəsi olmayan “Artsax” münaqişəsində "inqilabi" gündəmi günahlandırmağa çalışdı”.

Partiya təsisçisi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da bəyanatına toxunub və etiraf edib ki, müharibə hər an baş verə bilər: “Lavrovun verdiyi açıqlamasını və Kosovo ilə müqayisəni əlavə etsək, əminliklə deyə bilərik ki, müharibə hər gün qapılarımıza yaxınlaşır”.

Kazaryan sonda bildirib ki, hətta erməni xalqı “Artsax” məsələsində birlik nümayiş etdirsə belə, bu amil hər metr ərazidə itirilmiş həyatlara görə Paşinyanın şəxsi, hüquqi, siyasi cavabdehliyini arxa plana keçirmir.

Razmik Akopcanyan: “Paşinyandan xilas gözləməyə dəyməz”

“Paşinyanın illüziyası, özünü aldatması və bacarıqsızlığı onun rəqiblərinin öz addımlarını hesablamasına zəmin yaradır”. Bu fikirləri armenianreport portalının siyasi təhlilçisi Razmik Akopcanyan məqaləsində yazıb. O, dolayısı ilə Rusiya-Azərbaycan strateji əməkdaşlığına toxunub. Belə ki, müəllif Azərbaycan Prezidentinin “Valday” klubundakı bəyanatını xatırladaraq həmin çıxışı ermənilərə qarşı yönəlmiş Rusiya-Azərbaycan tandemi olduğunu qeyd edib.

“Bakı da Moskva ilə birgə bizə qarşı təzyiqlərini gücləndirəcək”, yazan Akopcanyan əlavə edib ki, artıq Paşinyandan xilas gözləməyə dəyməz: “Belə bir şəraitdə xilası Paşinyandan deyil, hər birimizdən, erməni xalqından gözləmək lazım gələcək”.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə