Bu gün Bakının bəzi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu gün Bakıda bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, Xocalı soyqırımının 19-cu ildönümü tədbirləri ilə əlaqədar saat 08:00-dan etibarən paytaxtın Xocalı prospektinə avtomobillər buraxılmayacaq. Beləliklə, Xətai rayonu ərazisində Xocalı prospektilə kəsişən N.Rəfiyev, Y.Səfərov, M.Mehdizadə, A.İsmayılov, Tağızadə və digər küçələrdə avtomobillərin hərəkəti tamamilə dayandırılacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən anım tədbirləri başa çatana qədər avtomobillərdən mümkün qədər az və alternativ yollardan istifadə etməyi tövsiyə edir. Eyni zamanda bu gün 17:00-da soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB