Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatı qardaş sevinci ilə qarşıladım - Hulusi Kılıç

Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatı qardaş sevinci ilə qarşıladım - Hulusi Kılıç

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatını qardaş sevinci ilə qarşıladım. Bu bəyanat bir daha beynəlxalq ictimaiyyətə çatdırdı ki, Azərbaycanın varlığı elə Qarabağın varlığı deməkdir.

SİA xəbər verir ki, bu fikirləri "AZƏRTAC"a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib. Azərbaycan ərazisinin iyirmi faizinin işğal altında saxlanılmasının bütün beynəlxalq hüquq normalarına zidd olduğunu bildirən diplomat əminliklə ifadə edib ki, xalqımız nəyin bahasına olursa olsun öz haqq işinin müdafiəsini uğurla başa çatdıracaq. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin sonuna çox az qalıb. Təcavüzkar dövlət layiqli cavabını alıb geri çəkilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə