Sevinc Seyidova: ““Milli Şura” tamamilə iflasa uğramış bir təşkilatdır” RƏY-ÖZƏL
““Milli Şura” adlanan qurum Azərbaycanın ictimai-siyasi həyatında tamamilə iflasa uğramış bir təşkilatdır”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, zaman keçdikcə onun adı belə unudulmaqdadır: “Belə bir vəziyyətdə “Milli Şura”da təmsil olunanlar varlıqlarını göstərə bilmək üçün müxtəlif təxribatlara əl atırlar. Qanunsuz aksiyaların keçirilməsinə cəhd də bunlardan biridir. Azərbaycanda hər zaman sərbəst toplaşmaq azadlığı və insan hüquqları yüksək səviyyədə təmin edilib. Bu qüvvələr isə ölkəmizin artan nüfuzundan ciddi narahatlıq keçirirlər. Çünki son zamanlar hətta erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən beynəlxalq təşkilatlar belə ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirmək üçün hansısa əsas tapa bilmirlər. İndi bu qüvvələr ölkəmizdəki "5-ci kolon"a yeni qarayaxma kampaniyasına start vermək üçün "tutarlı əsaslar" tapmağı tapşırıblar. "Milli Şura" isə xaricdəki havadarlarının bu tapşırıqlarını yerinə yetirmək, əlavə maliyyə əldə etmək üçün şəhərin mərkəzində qanunsuz aksiyalara çağırışlar edir. Təbii ki, bütün bunlar hamısı Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələrin idarə etdiyi mərkəzlərdə yazılan ssenarilərin bir hissəsidir. Bu işlər planlı şəkildə hazırlanır və dövriyyəyə buraxılır. Təəssüf ki, içimizdəki bəzi qüvvələr də onların bu məkrli planlarının oyunçularına çevrilməyə həvəslə razılaşırlar”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB