YAP Binəqədi rayon ərazi ilk partiya təşkilatında görüş keçirilib

YAP Binəqədi rayon ərazi ilk partiya təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 12 ünvanlı («Akabe» MMC) ərazi ilk partiya təşkilatında görüş keçirilib.
Görüşü YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verib. Təşkilat sədri son vaxtlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkəmizdə aparılan sosial, iqtisadi və digər sahələri əhatə edən islahatlardan danışıb. Bu uğurların əldə edilməsində və təbliğində Yeni Azərbaycan Partiyasının rolunu qeyd edib.
R.Göyüşov, eyni zamanda, ölkəmizdə əldə edilən uğurları, nailiyyətləri gözü götürməyən anti-Azərbaycan qüvvələrin xəyanətkar fəaliyyətindən danışıb. YAP rayon təşkilatının sədri belə kampaniyalara qarşı hər bir YAP üzvünün fəal olmasının vacibliyini önə çəkib. Hər bir üzvümüz, eləcə də, vətəndaşımız anti-Azərbaycan qüvvələrə qarşı barışmaz olmalı, dövlətimizin maraqlarını daim uca tutmalı və onu qorumalıdır. Dövlətçiliyimizə və ölkəmizin inkişafına kölgə salmaq istəyənlərə qarşı qətiyyətli olmalıdır.
Görüşdə, həmçinin, təşkilati daxili məsələlər müzakirə edilib. Partiya üzvlərinin uçot qaydalarına riayət olunmasına, partiya üzvlərinin üzvlüyə qəbul olunarkən könüllülük prinsipinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.
Çıxış edən digər natiqlər verilən tövsiyələrə əməl olunacağını qeyd ediblər.
ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə