Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə medal təsis edilir. SİA-nın verdiyi məlumata görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, iclasda "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik gündəliyə daxil edilib.
Müzakirələrdən sonra qanuna dəyişiklik birinci oxunuşda təsdiq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB