“İran müzakirələr aparmağımız üçün məndən onlara tətbiq etdiyimiz sanksiyaların aradan qaldırılmasını istədi”. Bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb. “İran müzakirələr aparmağımız üçün məndən onlara tətbiq etdiyimiz sanksiyaların aradan qaldırılmasını istədi. Təbii ki, mən yox dedim”, - deyə Donald Tramp vurğulayıb.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani sentyabrın 26-da sanksiyaları aradan qaldıracaqları halda, ABŞ-la görüşüb, nüvə obyektlərinin yoxlanılmasına icazə verəcəklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB