İşğalçı Paşinyanın böyük qələtinin böyük bədəli...

İşğalçı Paşinyanın böyük qələtinin böyük bədəli...

"Qarabağ Ermənistanındır, vəssalam!" sərsəm bəyanatının bəlası...

Ermənistanda mütləq diktatora çevrilən baş nazir Nikol Paşinyan gəldiyi gündən sərsəm bəyanatları ilə ətrafında olan inandıqları məmurları rəqibə çevirir. Hazırda görünən budur ki, baş verənlər fonunda ermənilərin millət və dövlət kimi formalaşmasında rol oynayan əsas amillərlə hakimiyyət arasında ciddi ziddiyyətlər: kilsə, Rusiya faktoru, diaspor və "Qarabağ klanı"ndan gedir. Çünki bu üç ciddi faktorların həll olunmaması, Ermənistanın bir dövlət olaraq, tarixin arxivinə atılması deməkdir. Məlum olduğu kimi, bu gün işğalçı ölkənin ehtiyatları, mövcud potensialı kənar yardımlar olmadan onun mövcudluğunu davam etdirməsi mümkün deyil. Çünki bu gün Paşinyanın yalançı, verdiyi vədlərin heç birinə əməl etmədiyini artıq sadə erməni xalqı bilir.
Rusiyalı politoloq Oleq Kuznetdov demişkən, Paşinyan ilk gəldiyi gündən ancaq populist çıxışlar edib: "Paşinyan daxili siyasətdə bu ilin yazında xalqına verdiyi vədlərin heç birini yerinə yetirməyib. Küçədən hakimiyyətə gələn Paşinyan populist və demaqoqdur, eləcə də, dövlət idarəçiliyi və maliyyə siyasəti məsələlərində həvəskardır. O və onun bütün komandası amerikayönümlü qeyri-hökumət təşkilatlarından ortaya çıxan şəxslərdir. Əsas vəzifələri də dövlət quruculuğu deyil, dövləti tənqid etməkdir. Buna görə Ermənistanın mövcud hökuməti tamamilə həvəskar və demaqoqlardan ibarətdir. Bu adamların heç biri ölkədə müsbətə doğru köklü dəyişiklik etmək iqtidarında deyil".
Politoloqun sözlərinə görə, Paşinyan və onun komandası erməni əhalisi arasında öz inamlarını təmin etmək üçün yeganə üsula malikdir: "O, seçki ərəfəsində əhalinin diqqətini daxili problemlərlə qatmalıdır. Paşinyan kollektiv şüursuzluqdan istifadə edərək, kütlənin ona olan sədaqətini itirməsinə yol verməmək fikrindədir. Ona görə də, bu gün Dağlıq Qarabağ separatçılarının qeyri-qanuni silahlı qruplaşma komandirlərinin siyasi xələfi kimi o, Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmağa məcburdur. Erməni ordusu çarəsizliyi səbəbindən, genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilməz, lakin seçki ərəfəsində öz reytinqini yüksəltmək üçün işğal olunmuş torpaqlarda hər hansı hərbi təxribat həyata keçirə bilər - Paşinyan bunu bacarır".

Paşinyanın debil və sərsəm, işğalçı siması

Göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalar və ümumilikdə, əndrəbadi siyasi "manevrləri" onun çox gerizəkalı olduğunun göstəricisidir. Bu fikri, ona görə deyirik ki, bu boşboğaz baş nazirin Azərbaycanın işğal olunmuş ərazisində Dağlıq Qarabağda ümumerməni oyunları kimi avantürist tədbirlərə qatılaraq, orada "Qarabağ Ermənistandır. Nöqtə" deməsi Ermənistanın daha tez uçuruma yuvarlanmasına təkan verdi. Çünki bütün dünya dövlətləri, o cümlədən, beynəlxalq siyasi və hüquqi təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar. Bu isə beynəlxalq hüquq normalarına əsaslanır, enyi zamanda, BMT-nin də işğal edilmiş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad olunmasına dair məlum dörd qətnaməsi aydın şəkildə göstərir ki, Ermənistan işğalçıdır və Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək qaçılmazdır.
Rusiyanın Ermənistana qarşı münasibətlərində ciddi dəyişikliklər, bir daha göstərir ki, Moskva artıq İrəvanın etibarlı tərəfdaş olmadığını aydın görür. Məhz bu durumda Rusiyanın Ermənistan üzərindən əlini çəkməsi qaçılmaz sayılır. Bu isə, o deməklir ki, artıq uçuruma gedən işğalçı ölkəni daha ağır günlər gözləyir. Eyni zamanda, diaspor faktı ilə bağlıdır. Artıq diaspor da Paşinyan iqtidarına etibar etmir və baş nazirin ziddiyyətli və sərsəm açıqlamaları diasporu Ermənistandan uzaq salır. Onu da xatırladaq ki, Paşinyan diaspor komitəsini ləğv edəndə, hətta kilsə də ona qarşı çıxmışdı. Ümumerməni katolikosu ona açıq məktub ünvanlayaraq, erməni diasporunun fəaliyyətini yüksək qiymətləndirmiş, komitəyə ehtiyacın olduğunu vurğulamışdı. Amma Paşinyan mövqeyindən geri çəkilmədi və elə o vaxtdan onunla diaspor arasında ziddiyyətlər dərinləşib. Bütün bunlar Ermənistanın böyük ziddiyyətlər dövrünə qədəm qoyduğunu da açıq nümayiş etdirir. Belə vəziyyətdə Ermənistanın onu ayaqda saxlayan əsas dayaqlardan məhrum olması isə, onun bir dövlət kimi məhvə getməsini qaçılmaz edir.
Paşinyanın "yarımçıq mübarizə" metodu hakimiyyəti ölümə aparır

Yuxarıda vurğulanan faktlarla yanaşı, ölkədaxili qarşıdurmalar da səngimir. Siyasi politoloqların sözlərinə görə, son günlər işğalçı ölkədə kadr dəyişiklikləri və böhranlar hakimiyyət daxilində ziddiyyətlərin daha kəskinləşməsinə səbəb olub. Artur Vanetsyanın və Valeri Osipyanın istefaları yüksək rütbəli məmurlar arasında narahatlıq yaradıb. Politoloqlar bu istefaların səbəbini Paşinyanın "yarımçıq mübarizə"sində görür və bildirirlər ki, ümumilikdə, bütün bunlar xalqın ac və səfalət həddində olması reallığını arxa plana keçirir. Daha dəqiq desək, Ermənistandakı mövcud hakimiyyətin inqilab eyforiyası bitib və verilən vədlərin heç biri reallaşdırılmayıb. Bu isə, ölkədə yeni və daha kütləvi inqilabın baş verməsi anonsunu önə sürür.
Bir sözlə, "Qarabağ Ermənistanındır, vəssalam!" sərsəm bəyanatı isə sərsəm baş nazirin sərsəm qələtinin bədəli də böyük olacaq. Məhz Ermənistanın son günlərdəki durumu, onu bir daha göstərir ki, Ermənistanda inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. Paşinyan da sələfləri kimi, səbəbi qoyub nəticələrlə uğursuz mübarizə aparmamalıdır. Çünki yekun eyni olacaq, daha dəqiqi, daha pis... Yəni Ermənistanda inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə