Narazılıq aksiyası Ermənistanda pik həddə çatdı

Narazılıq aksiyası Ermənistanda pik həddə çatdı

“Əgər bu gün maaşım mənə verilməsə, uşağımla körpüdən özümü atacağam”. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu bu gün keçirilən aksiyada aksiya iştirakçılarından biri deyib.

Məlumatda qeyd olunur ki, "Sanitek" işçiləri maaş tələb edərək şirkətin ofisi qarşısında etiraz aksiyası keçiriblər. "Sanitek" şirkəti İrəvan Bələdiyyəsinin şirkət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyi səbəbdən işçilərə maaşlarını verə bilmədiyini bir daha xatırladıb.

Bundan sonra etirazçılar İrəvan Bələdiyyəsinə tərəf gedib, Bələdiyyə Başçısı Ayk Marutyan ilə görüş tələb ediblər.
"Maaşım bu gün köçürülməsə, uşağımla özümü körpüdən atacağam. Biz sədəqə istəmirik, haqqımız olan, bizə çatmalı olan maaşımızı almaq istəyirik. Bu qədər vaxt normal işlədik, gündəlik çörəyimizi normal qazandıq. Xadiməçilərin, təmizlik işçilərinin maaşlarını həzm edə bilməyəcəklər", deyə aksiya iştirakçıları narazılıqlarını bildiriblər.

Etirazçılara İrəvan Ağsaqqallar Şurasının keçmiş üzvü Sona Aqekyan da qoşulub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə