Müxalifətin mitinq qovğası...

Və yaxud 28 sentyabr aksiyası üçün niyə "Gənclik", "Nərimanov" və "28 May" istənilir...

Deyir, həya-abır yaxşı şeydir, o kəsdə varsa. Nə qədər abırsız olasan ki, Fuad Qəhrəmanlı olayından sonra yenidən mitinq iddiasına düşəsən. Bir partiyaya əxlaqsız, mafioz və satqın Ə.Kərimli rəhbərlik edirsə, istər onun müavinləri olsun, itstərsə də ətrafındakılar olsun, hər şey puldur.
Belə bir durumda Ə.Kərimlinin nəzarətində olan AXCP-nin orbitindən çıxa bilməyən, formal olaraq, müstəqil qurum adını daşıya bilməyən "Milli Şura"-nın 28 sentyabra mitinq təyin etməsi, həqiqətən də, mafiozluqdur. "Milli Şura"nın antimilli maraqlara xidmət etməsi, bəlli olsa da, qarşıdakı bələdiyyə seçkiləri ərəfəsi, yenə də həyasızlığından əl çəkmir. Bunu müxalifət nümayəndələri də təsdiqləyirlər ki, bu qondarma qurum qaranlıq məqsədlərə xidmət etmək üçün yaradılıb və bu qurumun dəfələrlə uğursuz mitinq keçirmək istəməsi bunu bir daha sübut edir. Bu, o qurumdur ki, hələ seçkilərin keçirilməsinə 3 ay vaxt qalmasına baxmayaraq, müxaliflər seçkinin qeyri-demokratik keçiriləcəyi haqqında əsassız uydurmalar yayır və dünən də, bu gün də bu çirkin niyyətlərindən əl çəkmirlər. Çünki artıq indidən uğursuzluqlarını görürülər.
Belə bir durumda, Ə.Kərimlinin nəzarətində olan AXCP-nin orbitindən çıxa bilməyən, formal olaraq, müstəqil qurum adını daşıya bilməyən "Milli Şura"-nın 28 sentyabra mitinq təyin etməsi, həqiqətən də, mafiozluqdur. Mitinqin təyin edilməsi həm də maraqlı dönəmə - iqtidarla müxalifət arasında sentyabrın 11-də keçirilən "dəyirmi masa" və onun ardınca Ə.Kərimlinin müavini F.Qəhrəmanlının ailəsində baş verən olaylar, eyni zamanda, Müsavat-AXCP qarşıdurması fonunda Ə.Kərimli - C.Həsənli gərginliyinin baş verməsinə təsadüf edir. O zaman sual yaranır: belə bir durumda, kimin aqibəti necə olacvqvə digərləri bunlara dəstək verə biləcəklərmi?
Maraqlı məqam isə, müxalifətin daim icazəli aksiyalar keçirdiyi məkan kimi tanınan "Məhsul" stadionunun təmirə bağlandığı bir vaxtda mitinq qərarının verilməsi və aksiyanı keçirmək üçün üç metrostansiyasının qarşısının göstərilməsi ciddi suallar doğurur.
1) Metronun "28 May" stansiyasının qarşısı; 2) "Nərimanov" stansiyasının qarşısı; 3) "Gənclik" stansiyasının qarşısı.
Aydındır ki, belə izdihamlı yerlərdə mitinqə, prinsipial olaraq, icazə verilə bilməz. Heç orada mitinqin keçirilməsi üçün lazım olan şərait də yoxdur. Bəs dağıdıcıların belə gur yerlərdə mitinq keçirmək istəklərinin kökündə hansı maraqlar dura bilər?

Niyyətləri aydın, əməlləri bəlli...

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli açıqlamasında bildirdi ki, bu, artıq açıq şəkildə ölkənin qanunlarına və təhlükəsizlik mühitinə meydan oxumaqdan başqa bir şey deyil: "Dağıdıcı müxalifətin əsas məqsədi ölkədə siyasi sabitliyi pozmaqdır. təbliğat ruporu rolunda xaricdən yayımlanan internet səhifələri və televiziyaları çıxış edirlər. Onlar yay boyu payıza hazırlıqla bağlı təbliğat aparırdılar. Açıq şəkildə deyirdilər ki, payızda inqilab etmək istəyirlər. Ə.Kərimli və onun dəstəsinin bu addımları sübut edir ki, proseslər eyni mərkəzdən idarə edilir. Məqsəd birdir: Azərbaycandakı sabitliyi pozmaq. Onlar anlayırlar ki, seçki yolu ilə nəsə edə bilməyəcəklər, çünki arxalarında lazım olan elektoratları yoxdur. Bu səbəbdən də, belə yollara əl atırlar. Deyilən metro-stansiyalarının çıxışında nə vaxt görübsünüz ki, mitinq keçirilsin? Elə təklif etdikləri yerlərdən, onların niyyətləri aydın görünür. Təbii ki, icazə vermək səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyətinə aiddir. Əlaqədar qurumlar da qarşıdurma yaratmaq niyyətini görməlidirlər. Bu, bir sifarişdir. Prosesə siyasətlə heç bir əlaqəsi olmayan sadə vətəndaşları da zorla cəlb etmək istəyirlər. Ancaq bilməlidirlər ki, Azərbaycan dövləti güclüdür və hər bir təxribatın qarşısını almağa qadirdir. Aydın şəkildə görünür ki, burada dinc etiraz etmək yox, ölkəni xaosa sürükləmək cəhdi var".

Əli Kərimlinin Şeyx Nəsrullah oyunu

Belə bir durumda yalançıların yeni həşiri nə ilə nəticələnəcək? Bəllidir: əvvəlki mitinqlər kimi, fiaskoya uğrayacaq. Bəlkə yox, bloqer Ə.Kərimli?
Bir faktı yüz müstəviyə inikas etdirib siyasiləşdirmək, məntiq eybəcərliyini ədalət axtarışı kimi qələmə vermək vicdandan və ədalətdən kənar olay deyilmi, müxalifətin Şeyx Nəsrullahı? Azərbaycanın müxalifət düşərgəsində qocalaraq nimdaşlaşan satqın, əxlaqsız Ə.Kərimli, Azərbaycanın uğurlu inkişafına ləkə atmaq üçün bütün alçaqlığa əl qoyursan. Çünki satqın üçün xalq, dövlət və milli - mənəvi dəyərlər yoxdur. Əlbəttə, Ə.Kərimlini satqın zehniyyəti maliyyə-pul arqumentidir. Çünki satqın üçün hər şey - satlıq maldır. Çünki Ə.Kərimli Azərbaycanda xaosun, anarxiyanın yaradılmasının təşkilatçılarından və təbliğatçılarından biri və ya birincisidir. O, öz ətrafı, Amerika və Avropadakı imkanları ilə özünün pozuculuq fəaliyyətini aparmaqda israrlıdır. Bu baxımdan, onun mitinq təyin etməsi təsadüfi deyil. Əsas niyyət budur. Amma Ə.Kərimli kimi satqınlar, əmin olsunlar ki, Azərbaycan dövləti güclüdür. Qanunlara söykənərək, hər bir vətəndaşın hüquq və azadlıqları nəzərə alınmaqla, sabitlik üçün bütün lazım işlərini görür. Xalqımız da Ə.Kərimli və onun havadarlarına Azərbaycanı Suriyaya çevirmə cəhdlərinə imkan verməyəcək. Ona görə də, dağıdıcı müxalifətin qarşıdakı bələdiyyə seçkiləri ərəfəsi mitinq çağrışları ilə "ölkəni silkələmək" iddiasına qarşı öz etirazlarını bildirirlər. Dağıdıcı müxalifət isə, hələ də dünyaya qara eynəklə baxır. Görünən odur ki, çürüməkdə olan dağıdıcı müxalifətin iflası qaçılmazdır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə