Paşinyan "incimişlər" ordusunu artırmamaq qərarına gəlib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeyində yazı dərc olunub.
"Qraparak" qəzeti yazır ki, Nikol Paşinyanın kadr siyasəti "incimişlər" ordusunu artırmamaq və işdən çıxarılanların hamısını hansısa işlə təmin etmək üzərində işləyir. Qəzetdə qeyd olunur ki, baş nazirin aparat rəhbərinin sözlərinə görə, bu prinsipə əsasən, işdən çıxarılan Valeriy Osipyan baş nazirin məsləhətçisi, Əmək və Sosial Məsələlər Nazirliyinin, Sosial Təminat Xidmətinin rəhbəri vəzifəsindən çıxarılmış Suren Qambaryan isə onun müavini təyin edilib.
Görünür, Paşinyan "incimişlər" ordusundan qorxuya düşüb və indi onların könlünü almaq qərarına gəlib ki, bundan sonra özü üçün problem yaratmasın. Yəqin ki, Artur Vanesyanın hədələri erməni baş nazir üçün bir dərs olub və heç şübhəsiz ki, onun qorxusu əbəs yerə deyil.
Nəşr yazır ki, bundan əvvəl Qambaryan və şöbə işçiləri arasındakı qeyri-sağlam atmosfer haqqında Ermənistan mətbuatı məlumat da yayımlayıb. Gambaryan və onun keçmiş müavini Arsen Ohanyan arasında ictimai qarşıdurmanın olduğu da məlumatda öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB