Monoetnik Ermənistanda kürd məzarlarına qarşı barbarlıq əməli VİDEO + FOTO

Monoetnik Ermənistanda kürd məzarlarına qarşı barbarlıq əməli VİDEO + FOTO

Almaniyalı deputat erməni jurnalistin səsinə-səs verdi

Monoetnik Ermənistan dövlətində ultramillətçilik faktoru hər zaman mövcud olub. Yalnız azərbaycanlılara qarşı deyil, vaxtilə həmin ölkədə yaşamış digər millətlərə qarşı da amansız ayrı-seçkilik münasibəti sərgilənib, onların irsləri, mədəniyyətləri, tarixləri ya oğurlanıb, ya da məhv edilib. Misal üçün, Ermənistanın bütün hakimiyyətləri dövründə, yəni Azərbaycana qarşı torpaq iddiaları və işğalçılıq siyasətindən sonra orada yəhudilərə, ruslara, yezidi kürdlərə qarşı da müxtəlif basqılar olub. Xüsusilə yezidi kürdlərin dövlət və s. strukturlarına işə alınmamaları, onlara ikinci sort insan kimi münasibətlərin olması faktları kifayət qədərdir. Ermənistan parlamenntində təmsil olunan bu millətin nümayəndələri sadəcə, görüntü olaraq fəaliyyət göstərirlər və onların başqa heç bir imtiyazları yoxdur.

Lakin bununla yanaşı, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayar-başlamaz ölkədə başlanan etnik təmizləmə siyasətinin qurbanları arasında müsəlman kürdlər də olublar. Onlar azərbaycanlılarla birgə öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıblar. Təqdim etdiyimiz mövzu da məhz həmin reallıqları ehtiva etməkdədir.

Helvin Evrim Zommer: “Bu bir vandalizm aktıdır”

Belə ki, Almaniya Bundestaqının deputatı Helvin Evrim Zommer Ermənistanın Ararat vilayəti ərazisində müsəlman kürd məzarlığının varvarcasına dağıdılması ilə bağlı fakta münasibət bildirib. SİA xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” yazır. “Ermənistanda kürdlərə məxsus qəbiristanlığın məhvi - bu ölkənin milli, tarixi və siyasi kimliyinin tam çılpaqlığını əks etdirir və bu bir vandalizm aktıdır”, deyə alman parlamenntari özünün “Twitter” səhifəsində yazıb. Helvin Evrim Zommer humanitarları İrəvanın bu fəaliyyətinə qarşı səslərini ucaltmağa çağırış edib.

Xatıradaq ki, bu günlərdə erməni araşdırmaçı jurnalist Narina Kirakosyanın “Youtube” sosial şəbəkəsində videosu yayımlanıb və həmin videogörüntülərdə Ermənistanın Ararat vilayətində - Vedi və Xosrov qoruğu yaxınlığında dağıdılmış müsəlman məzarlığı əks olunub. Belə ki, araşdırmaçı jurnalist həmin əraziyə vəhşi təbiətin və milli dəyərlərin qorunması fondunun xətti ilə gedib və fondun işçilərinin köhnə qəbiristanlığı dağıdılmış vəziyyətdə saxlanılmasından dəhşətə gəlib.

Narina Kirakosyan: “Bu, bimənalı olaraq varvarlıqdır”

O, videomaterialında deyib ki, əgər bu fond təbiətin və milli dəyərlərin qorunması üçün fəaliyyət göstərirsə, hətta kürdlərin və türklərin orada yaşamamasına baxmayaraq, hansı hüquqla bu məzarlığı dağıdır? SİTAT: “Bax, belə bir beynəlxalq məsələdir – bu, bimənalı olaraq varvarlıqdır. Kürdlər gedibər, qəbiristanlıq isə dağıdılır. Bu məzarla nəyə görə məhv edilib?”.

Maraqlıdır ki, həmin yerdə fəaliyyət göstərən fonun mühafizəçiləri jurnalistdən çəkilişin dayandırılmasını tələb ediblər, lakin o bu tələbə riayət etməyərək, çəkilişini israrla davam etdirib.

Videoçəkilişə təqdim edilən linkə tıklamqla baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=Uk8U0r1LQQU

Ultramillətçilər klanını digər ultramillətçilər klanı - Paşinyan hökuməti əvəzləyib

Beləliklə, bir daha sübuta yetirilib ki, Ermənistanda kimlərin hakimiyyətdə olmasına baxmayaraq, bu ölkənin siyasəti daxilində qeyri-ermənilərə qarşı amansız müharibə aparmaq reallığı dayanmaqdadır. Ermənilərə aidiyyatı olmayan bütün mədəni-tarxi abidələr vəhşicəsinə dağıdılır, məhv edilir. Eyni zamanda, formal olaraq, ölkədə sadəcə siyasi rejim dəyişilib. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ müharibəsinə səbəb olan ultramillətçilər klanını digər ultramillətçilər klanı - Paşinyan hökuməti əvəzləyib. Daha dəqiq desək, rəsmi İrəvan hazırda da Ermənistan ərazisində olan digər xalqların, millətlərin izlərini silməklə məşğuldur. Necə ki, həmin siyasət işğal altındakı Dağlıq Qarabağda və ətraf rayonlarda da vəhşicəsinə həyata keçirilməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə