Mübariz Əhmədoğlu: “Prezidentlərin görüşünü taleyüklü görüş hesab edirəm”

Mübariz Əhmədoğlu: “Prezidentlərin görüşünü taleyüklü görüş hesab edirəm”

"Elə bir vaxt yetişib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı razılaşma əldə olunmalıdır. Prezidentlərin görüşünü taleyüklü görüş hesab edirəm". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsi ətrafında son zamanlar aktivləşməyə başlayıb və eyni zamanda Rusiya münaqişənin uzadılmasının onun üçün müəyyən problemlərin yaratdığının şahidi olur. Bütün bu hadisələrin fonunda yeni fiqur İran ortaya çıxıb: "Eyni zamanda İranın vasitəçiliyi artıq gündəmə gəlib. İran prezidentinin xüsusi nümayəndəsi həm Azərbaycanda, həm də Ermənistanda səfərdə olub. İran da istəyir ki, Tehranda iki dövlət başçısının görüşünü təşkil etsin. Bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi fəallıq Rusiya və ABŞ tərəfindən qısqanclıqla qarşılanır".

 

Politoloq hesab edir ki, bütün bu atılan addımlar münaqişənin həllində vasitəçilik edənlərin aktiv olmasına yönəlib. Onun fikrincə, eyni zamanda, Ermənistanın daxilində sosial-iqtisadi vəziyyət gərgindir. İnqilab havasının bəlli olduğu rəsmi İrəvan da münaqişənin həllinin tərəfdarıdır: " Bu hadisələrin fonunda hökmən martın beşində münaqişənin həllində irəliləyiş olmalıdır. Əgər vasitəçilər irəliləyiş əldə edə bilməsələr İran vasitəçilərə dərs verəcək. Çünki İran bundan istifadə edəcək. 20 ildir, siz münaqişəni həll edə bilmirsiz, icazə verin 20 saata mən həll edim deyəcək.".

Bütün xəbərlər Facebook səhifəmizdə