"Partiyalararası dialoqun keçirilməsi əhəmiyyətli addımdır" ÖZƏL-MÜNASİBƏT
"Ümumiyyətlə partiyalararası dialoqun keçirilməsi əhəmiyyətli bir addımdır. Düşünürük ki, bu, ölkədəki ab-havanı, demokratiyanı, gizliliyi bir daha sübut edən və nümayiş etdirən əhəmiyyətli bir amildir". Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Deputatın sözlərinə görə, dialoq şəklində hər hansı bir nəticəyə varmaq, ölkə üçün faydalı olan işlərdə birlikdə olmaq mövqeyindən, kimliyindən asılı olmayaraq düşünürəm ki, bu əsl vətənpərvərlik və dövlətçilik prinsiplərinə xidmət edir: "Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların öz ideyaları ola bilər. Amma o yerdə ki, söhbət ümummilli maraqlardan, dövlət maraqlarından, ölkəmizdən sabitliyindən, stabilliyindən, inkişafından, insanların rifah halından gedir orada ümummilli maraqlardan çıxış etmək əlbəttə ki, ölkə üçün də ölkənin vətəndaşları üçün də çox faydalıdır. Bu konstruktiv addım ilk növbədə iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən atılıb. Bu çox təqdiredici bir təşəbbüsdür. YAP Ümummilli Lider Heydər Əliyev partiyasıdır və onun siyasi, mənəvi davamçısı olan cənab Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi bir partiyadır. Əlbəttə ki, bu partiyanın atdığı bütün addımlar, həyata keçirdiyi siyasi strategiya bütövləşməyə, hər bir Azərbaycan vətəndaşının marağına xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB