Anar Xəlilov: “Xalq müxalifəti məzhəkəyə qoyub və dinləmək belə istəmir” RƏY-ÖZƏL

Anar Xəlilov: “Xalq müxalifəti məzhəkəyə qoyub və dinləmək belə istəmir” RƏY-ÖZƏL

“Biz dəfələrlə müxalifətin bu cür şoularının şahidi olmuşuq”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, illərdir bunların fəsil çağırışları və iflasa uğramaların xalq görüb: “Beləcə illərdir bunlar və ətraflarında olan az saylı "müxalifətçilər" xarici sifarişlə işləyib maliyyə əldə edib heç bir vergi ödəmədən yaşayışların təmin edirlər. Bu dəfə də payız çağırışları deyilən şou tamaşanın anonsunu verirlər. Yalnız adları qalan bir sədr və bir neçə çayxana generallarından ibarət olan digər müxalif partiyaları da cəlb etməklə tamaşanı rəngarəng etməyə çalışırlar. Eyni ssenari eyni düşüncə, eyni baxış. Vəssalam bundan artığına qadir deyillər. Xalq artıq müxalifəti məzhəkəyə qoyub və dinləmək belə istəmir. O ki, qaldı sifarişi yerinə yetirmək məsələsinə sadəlöhv vətəndaşlarımızı da saysaq bir neçə min insanı stadiona toplayıb (onun da yarısı hüquq mühafizə orqanları və jurnalistlərdi) populist çıxışlarla növbəti layihələrinin hesabatını xarici donorlarına təqdim edib, 2019-cu il maliyyələrini alacaqlar. Sonra da virtual aləmdə olacaqlar mücahid. Bunların bacarıqları bu qədər”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə