Əli Həsənov: “Demokratiya deyilən bir şey ümumiyyətlə Ermənistanda mövcud deyil” - AÇIQLAMA
Bizim başımıza gələn faciələrin əvvəllər dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər çox zəif olub. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
O qeyd edib ki, əgər o dövrdəki rəhbərlik baş vermiş bu faciəyə vaxtında reaksiya versə və bu problemləri dünyaya lazımınca çatdırsa idi bəlkə də vəziyyət dəyişə bilərdi: "Təəssüflər olsun ki, o vaxtkı rəhbərlik bu hadisələri dünya ictimaiyyətinə lazımi şəkildə çatdıra bilməyib. Bəlkə də ola bilsin ki, buna kifayət qədər imkanlarımız çatmayıb. Ancaq hər halda minimal imkan daxlində bunu dünya ictimaiyyətinə çıxartmaq olardı".
"Nə yaxşı ki, xalqımızın ümumilli lideri Heydər Əliyev bu prosesin başlanmasına təkan verdi. Bugünki prezidentimiz İlham Əliyev Azərbaycan həqiqətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında, ermənilərin azərbaycanlıların başına gətirdikləri bu faciələrin dünyaya çatdırılmasında çox böyük işlər görüb. Bu istiqamətdə Azərbaycan diasporu da təbii ki, türk diasporu ilə birgə fəaliyyət göstərirlər. Bu, çox düzgün bir yoldur. Birgə çalışmaqla bu məsələnin həllində müsbət nticəyə malik olmaq olar", - deyə o vurğulayıb.
Bugünki işlərin uğurla həyata keçirildiyini deyən Əli Həsənov: "Hər gün dünyanın müxtəlif ölkələrində bu faciələrlə əlaqədar çoxlu sayda ya filmlər, ya da ki kitab təqdimatı keçirilir. Ermənilər bizim insanlarımızın Qaradağlı kəndində, Xocavənd rayonunda insanlarımızın başına gətirdikləri faciə dərəcəsi və zirvəsi faşizimdən çox yuxarıdır. Onlar faşistlərdən də qəddardır. Əgər onların başımıza gətirdiklərini biz onların başına gətirsəydik, o zaman onlar bizim başımıza nə oyunlar gətirərdilər? Təbii ki, başlarına belə faciələr gətirilən xalq heç zaman susmamalıdır".
Əli Həsənov həmçinin onu da qeyd edib ki, heç bir iqtisadi inkişafı, təbii eytiyatı və dünyada heç bir mövqeyi olmayan bir dövlətə dəstək durmaq olmaz: "Tarixən ermənilər xəyanətkar bir ölkə kimi tanınıb. İstənilən dövlət Ermənistanı çevirə bilir. Ermənilərin yalnız satqınlığına və xəyanətkarlığına göz tikiblər. Demokratiya deyilən bir şey, ümumiyyətlə, orada mövcud deyil. Bizim işğal olunan torpaqlar gec-tez Prezidentimizin apardığı siyasət nəticəsində mütləq azad olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB