Moskva Hərbi Məhkəməsi Ermənistan vətəndaşı Aşot Qriqoryanı Rusiyada qadağan olunmuş İslam Dövləti terror təşkilatının fəaliyyətinə azyaşlı uşağı cəlb etməkdə günahkar bilib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, artıq 10 il həbs cəzası almış Qriqoryanın qanunsuz fəaliyyətləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Vladimir vilayəti üzrə əməkdaşları tərəfindən aşkar edilib.
Məlumatda qeyd olunur ki, A.Qriqoryanın qanunsuz fəaliyyətinin istintaqı zamanı Rusiyada qadağan olunmuş İŞİD beynəlxalq terror təşkilatının fəaliyyətinə qarışması, onun təsiri altına düşərək terrorçuların tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün azyaşlıların Suriyaya göndərilməsi ilə bağlı bir epizod aşkar edilib.
Qeyd olunur ki, Aşot Qriqoryan üçün son cəza, maksimum təhlükəsizlik koloniyasında 14 il həbs cəzası kimi müəyyənləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB