Milli Şura sədri Cəmil Həsənli “facebook” hesabında status paylaşıb. Statusunda “müxalifət trolu” ifadəsinin doğru olmadığını isbatlamağa çalışsa da, hər zaman olduğu kimi bu dəfə də ifşa olundu, biabır edildi, özü də elə müxalifət tərəfindən.
Görünür həqiqətən də Cəmil Həsənli ya proseslərdən xəbərsizdir, yaxud da məlumatsızlığın pik həddindədir. Məgər, Cəmil Həsənli İsmayıl Cəlilovun, “Oyan” hərəkatından Nahid Cəfərlinin dəfələrlə Əli Kərimlini trol ordusu saxladığı haqqında fikirlərini eşitməyibmi? Yaxud, İsmayıl Cəlilovun kanalına və facebook hesabına hücum edən cəbhəçi trollar haqqında təqdim etdiyi sübutları görməyibmi? Və ya Əli Kərimlinin müavini olmuş Razi Nurullayevin sözləri yaddan çıxıbmı? Yaddan çıxıbsa, xatırladırıq. Razi Nurullayev deyirdi ki, AXCP-də partiya funksionerlərinə facebookda yüzlərlə saxta profil yaratmaq tapşırılıb: "Bəzilərinin 100-110 saxta profili var idi. Facebookda şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var".
Deyəsən, Cəmil Həsənli REAL sədrinə, Müsavata, İsmayıl Cəlilova, Nahid Cəfərova, hakimiyyət nümayəndələrinin facebook səhifələrinə, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinə hücum edən, təhqir edən, söyüş söyən trol ordusunun AXCP-yə, Əli Kərimliyə məxsusluğunu “unudub”. Necə olur ki, özünüz hər kəsi təhqir edirsiniz, söyürsünüz, rəyini silirsiniz, bloklayırsınız, amma bu qaydalarını özünüzə rəva bilmirsiniz? Cəmil Həsənlinin özü də əks fikir yazanların rəyini silir və bloklayır. Bax, bu, əsl trol davranışıdır.
Milli Şura sədri bir alim olaraq “müxalifət trolu” məsələsinə elmi predmet kimi yanaşsaydı, o zaman araşdırıb aydınlaşdırardı ki, sosial şəbəkələrdə trol ordusunu ancaq AXCP sədri Əli Kərimli saxlayır. Onun trollarını da 3 qrupa bölmək olar:
1. Az-çox savadı olan, əli qələm tutan, Əli Kərimlinin statuslarını inkişaf etdirərək oxşar məzmunlu postlar yazan 1-ci qrupa Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı, İlham Hüseyn, Nürəddin Məmmədli, Gözəl Bayramlı, Səadət Cahangir və başqaları daxildir.
2. İkinci qrupda səhvlə, söyüş və təhqirlə dolu primitiv şərhlər yazan kəmsavad trollar var.
3. Üçüncü qrupda isə hətta ən primitiv şərh də yaza bilmədiyinə görə, ancaq postları bəyənib paylaşmaqla məşğul olan, hər birinin onlarlarla saxta profili olan əksər trollar yer alır.

Bu arada bir məqamı da xatırladaq ki, Cəmil Həsənli Milli Şura sədri olsa da, trolbaşı deyil. Çünki, trolbaşı AXCP sədri Əli Kərimlidir. Cəmil Həsənlinin vəzifəsi isə şefinin tezisləri əsasında status yazmaq, onun “ideyalarını” inkişaf etdirməkdir. Hətta, Cəmil Həsənli postlarını 1 adla yazsa da, şərhləri bir neçə profildən, yaxud səhifədən yazır. Necə ki, Gültəkin Hacıbəyli əlavə olaraq Türkel Oğuz adlı başqa bir saxta profillə rəylər yazır. Hələ bizə məlum olanı budur…
P.S. Status yazan əməkdar trollar iş başında…
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB