“Ermənistanda çox dərin siyasi böhran gözlənilir” RƏY-ÖZƏL

“Ermənistanda çox dərin siyasi böhran gözlənilir” RƏY-ÖZƏL

“Paşinyan gözlədiyi kimi hakimiyyətinə ciddi təhdidlər mövcuddur. Paşinyan bunların aradan qaldırılması üçün nə qədər çalışsa da bir nəticə əldə edə bilmədi”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, Paşinyanın qorxduğu ən çox Qarabağ klanı idi və Köçəryanda Qarabağ klanının öndə gedən əsas siması olduğuna görə məhz Paşinyanın əsas davası Köçəryanla idi: “Bildiyiniz kimi, Rusiya prezident Vladimir Putin Köçəryanın 65 illiyi münasibət ilə ona ikinci məktubu göndərdi. Yəni ötən il də bir məktub göndərmişdi və məktubda kifayət qədər siyasi çalarlı notlar mövcuddur. Aydın görünən odur ki, bu məktubu Köcaryana siyasi dəstək konteksində də nəzərdən keçirmək olar. Bu da təbii ki, Ermənistanda siyasi abu-havaya çox ciddi təsir göstərir. Yəni siyasi abu-havanı daha da gərginləşdirir”. E.Mirbəşiroğlunun proqnozlarına görə, bundan sonra Ermənistanda siyasi dramatizim aydın müşahidə olunacaq, çox dərin siyasi böhranların baş verməsi gözləniləndir: “O ki, qaldı Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı vəziyyətdə hansı dəyişiklik ola bilər, təbii ki, mən ciddi dəyişikliyin olacağına inanmıram. Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq işğalçılıq siyasətindən imtinanı gözləmirəm. Azərbaycan ərazilərinin işğalında, işğal altında saxlanılmasında Köçaryanın olduqca böyük rolu olmuşdur. Bu baxımdan, Köçaryan hansısa bir siyasi status qazanarsa hakimiyyətdə münaqişənin tənzimlənməsində hər hansı bir ciddi təsir olmayacaq. Münaqişənin tənzimlənməsini Azərbaycanın artan potensialı, gücü şərtləndirəcəkdir ki, bu istiqamətdə də Azərbaycanın uğurları göz qabağındadır. Eyni zamanda, Azərbaycan Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi də hesab etməyə əsas verir ki, münaqişənin ədalətli tənzimlənməsində Rusiya tərəfindən də real dəstək almaq ehtimallarımız artmaqdadır, güclənməkdədir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə