“Bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil” – ƏLİ ƏHMƏDOV
“Bu gün Yeni Azərbaycan Partiyasının ən nəcib layihələrdən biri baş tutdu – çoxsaylı partiya üzvlərinin qanvermə aksiyası keçirildi”. SİA xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov qanvermə aksiyası ilə bağlı “Facebook” sosial şəbəkəsində yazdığı statusunda qeyd edib.
Qanvermə aksiyasından fotoşəkillər də paylaşan Əli Əhmədov həmçinin yazıb ki, ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub: “İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur. Bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil”.
“Bir neçə yüz fəalımız qanvermə aksiyasına qoşuldu. Aksiyada iştirak edən hər bir partiya üzvünə - gənclərə, qadınlara, millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm”, deyə qeyd edən Əli Əhmədov qanvermə aksiyasını böyük mənəvi rahatlıq kimi də təcəssüm edib: “Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır”.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyası daha öncələr də bu kimi aksiyaları həyata keçirməklə, həmin ənənəni hər il davam etdirməkdədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB