Lənkəranın "Qala" otelində Hüquqşünas Qadınlar Assosiasiyası Amerika Hüquqşünaslar Assosiasiyası-ABAGEELİ təşkilatı ilə birgə "İnsan alveri sahəsində maarifləndirmə və hüquq – müdafiə təşəbbüsü" layihəsi çərçivəsində Lənkəran və ətraf rayonlardan olan əhali üçün insan alveri sahəsində hüquqi maarifləndirmə üzrə təlim keçirib.
SİA-nın cənub bürosunun məlumatına görə, tədbiri Amerika Hüquqşünaslar Assosiasiyasının (ABAGEELİ) əməkdaşı Günel Quliyeva açaraq bildirib ki, təlimin məqsədi insan alveri sahəsində əhalini məlumatlandırmaq, iştirakçılara insan alverindən qorunmağın üsulları, insan alveri qurbanının hüquqları, onların müdafiəsi və reabilitasiyası üçün mövcud vasitələr və tədbirlər haqqında praktik biliklər vermək, iştirakçılarda insan alverinə qarşı mübarizə aparmağın vacibliyinə dair münasibət formalaşdırmaqdan ibarətdir.
Daha sonra təlimçi, "Təmiz dünya" təşkilatının rəhbəri Mehriban Zeynalova dinləyicilərə "İnsan alveri anlayışı, səbəbləri və növləri", "İnsan alverindən qorunma", "İnsan alveri ilə mübarizə" və s. barədə geniş məlumat verib.
Təlimin sonunda Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva insan alveri sahəsində hüquqi yardım almaq istəyən şəxslərə pulsuz hüquqi məsləhət verilb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB