Ermənistanda keçirilmiş parlament seçkiləri zamanı seçki saxtakarlıqları ilə məşhur olan Karapet Şahinyan Şenqavit bələdiyyəsində işçi heyətinin katibi təyin olunub. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, Şahinyan parlament seçkilərində Respublikaçılar partiyasının namizədi Samvel Aleksanyan üçün qanunsuz səs toplayıb.
Malatiya rayonunda isə seçki qutularını topa bülletenlərlə doldurub. Diqqəti çəkən digər məqam odur ki, bu təyinat haqqında bələdiyyənin saytında heç bir məlumat yoxdur. Buna qədər bütün inzibati rayonların işçi heyətlərinin rəhbər və katiblərinin adları saytda qeyd olunurdu. Şahinyanın isə nə adı, nə də şəkli göstərilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB